Aylıq informasiya bülleteni — Fevral 2021
Əsas faktlar
- 2021-ci ilin yanvar-fevral aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 3.1 faiz təşkil edib (Şəkil 2).
- 2021-ci ilin yanvar-fevral aylarında yumurta istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- Yaz əkininin əvvəlindən mart ayının 1-nə kimi 61.8 min hektar və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.8 faiz çox sahədə əkin aparılıb (Cədvəl 2).
- 2021-ci ilin yanvar-fevral aylarında 110.5 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 1.6 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, barama və diri heyvanların dəyəri daxildir.
- Cari ilin fevral ayında üzümün, narın, portağalın, almanın (“Simerenko”), kartofun, gül kələmin və pomidorun topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin fevral ayında narın, kartofun (“Gədəbəy”), çuğundurun, gül kələmin və sarımsağın topdansatış qiyməti ötən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–fevral
| Məhsul | 2021 | 2020 | ||
|---|---|---|---|---|
| Kartof | 707,3 min t | 266,3 mln $ | 414,1 min t | 178,3 mln $ |
| Tərəvəz | – | – | 23,61 mln t | 29,01 mlrd $ |
| Meyvə | – | – | 39,35 mln t | 46,54 mlrd $ |
| Tütün xammalı | 164,6 min t | 281,8 mln $ | 556,5 min t | 1,25 mlrd $ |
| Pambıq mahlıcı | – | – | 20,61 mln t | 29,86 mlrd $ |
| Gön-dəri | – | – | 1,24 mln t | 1,88 mlrd $ |
| məhsulları | – | 367,2 mln $ | – | 224,5 mln $ |
| Cəmi | – | – | – | 108,78 mlrd $ |
| Pomidor | 13,66 mln t | 14,24 mlrd $ | 19,16 mln t | 24,77 mlrd $ |
| barama | 49,0 min t | 422,5 mln $ | – | – |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.