AgroHub

Aylıq informasiya bülleteni — Yanvar 2021

Yanvar 2021Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2021-ci ilin yanvar ayında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 3.0 faiz təşkil edib (Şəkil 2).
  • 2021-ci ilin yanvar ayında yumurta istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • Fevral ayının 1-nə kimi 981.4 min hektar və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.9 faiz az sahədə dən üçün payızlıq bitkilər əkilib (Cədvəl 2).
  • 2021-ci ilin yanvar ayında 52.3 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 3.3 faiz azalıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin yanvar ayında heyvanın, üzümün (“Kardinal”), narın, armudun, əzgilin, naringinin, soğanın (“Ağdam sarı”), gül kələmin, balqabağın, pomidorun (“Zirə”), sarımsağın və turpun topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin yanvar ayında narın, armudun, almanın (“Simerenko”), portağalın, naringinin, xiyarın, çuğundurun, gül kələmin və sarımsağın topdansatış qiyməti ötən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–yanvar

Məhsul20212020
Kartof80,8 min t36,3 mln $78,6 min t33,8 mln $
Tərəvəz––12,97 mln t15,23 mlrd $
Meyvə––24,55 mln t26,80 mlrd $
Tütün xammalı41,7 min t90,8 mln $221,4 min t486,9 mln $
Pambıq mahlıcı––7,23 mln t10,32 mlrd $
Gön-dəri338,6 min t681,1 mln $606,4 min t1,02 mlrd $
məhsulları–161,2 mln $–138,3 mln $
Cəmi–––54,01 mlrd $
Pomidor7,00 mln t6,85 mlrd $10,61 mln t13,25 mlrd $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Yanvar 2021 · AgroHub