Aylıq informasiya bülleteni — Dekabr 2022
Əsas faktlar
- 2022-ci ilin yanvar-dekabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 4.8 faiz təşkil edib (Şəkil 2).
- 2022-ci ilin yanvar-dekabr aylarında yun, barama, taxıl (qarğıdalı ilə), tütün və yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2022-ci ildə 1058.2 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər əkilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətdə 2.9 faiz çoxdur (Cədvəl 2).
- 2022-ci ilin yanvar-dekabr aylarında 886.1 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 1.0 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin dekabr ayında almanın (“Fuji”), üzümün, əzgilin, armudun (“Krasavitsa”), portağalın, heyvanın, narın, şabalıdın, pomidorun, xiyarın və yerkökünün topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin dekabr ayında almanın, armudun, narın, üzümün, kivinin, xurmanın, əzgilin, limonun, kartofun, pomidorun, bibərin, balqabağın, soğanın, xiyarın, yerkökünün və çuğundurun qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–dekabr
| Məhsul | 2022 | 2021 | ||
|---|---|---|---|---|
| Tərəvəz | – | – | 266,5 min t | 220,2 mln $ |
| kartof | – | – | 92,3 min t | 40,1 mln $ |
| pomidor | – | – | 145,2 min t | 160,2 mln $ |
| Meyvə | – | – | 375,1 min t | 410,1 mln $ |
| Arpa | – | – | 36,4 min t | 7,1 mln $ |
| Pambıq mahlıcı | – | – | 123,0 min t | 208,0 mln $ |
| Gön-dəri | – | – | 4 800 t | 12,1 mln $ |
| Cəmi | – | – | – | 877,2 mln $ |
| qoz-fındıq | – | – | 19,5 min t | 112,1 mln $ |
| alma, armud, heyva | – | – | 73,8 min t | 42,5 mln $ |
| gilas, gavalı, göyəm | 63,6 min t | 82,3 mln $ | 50,9 min t | 67,9 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.