Aylıq informasiya bülleteni — Noyabr 2022
Əsas faktlar
- 2022-ci ilin yanvar-noyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5.0 faiz təşkil edib (Şəkil 2).
- 2022-ci ilin yanvar-noyabr aylarında yun, barama, taxıl (qarğıdalı ilə), tütün və yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- Dekabr ayının 1-nə kimi təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 1 milyon 83 min hektar və ya ötən ilin müvafiq dövrünə nisbətdə 5.8 faiz çox sahə şumlanıb (Cədvəl 2).
- 2022-ci ilin yanvar-noyabr aylarında 795.5 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 3.4 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Cari ilin noyabr ayında feyxoanın, qozun, pomidorun (Zirə), balqabağın, soğanın və xiyarın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin noyabr ayında almanın, armudun, kivinin, xurmanın, heyvanın, korolyokun, limonun, naringinin, feyxoanın, kartofun, pomidorun, bibərin, balqabağın, soğanın, xiyarın, yerkökünün və çuğundurun qiyməti keçən ilin eyni ayına nisbətən yüksək olub, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–noyabr
| Məhsul | 2021 | |
|---|---|---|
| Tərəvəz | 248,5 min t | 198,3 mln $ |
| Meyvə | 316,9 min t | 351,4 mln $ |
| Arpa | 31,3 min t | 6,1 mln $ |
| Pambıq mahlıcı | 113,5 min t | 187,7 mln $ |
| Gön-dəri | 4 400 t | 10,8 mln $ |
| Cəmi | – | 769,5 mln $ |
| kartof | 91,9 min t | 39,9 mln $ |
| pomidor | 129,6 min t | 140,6 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.