AgroHub

Aylıq informasiya bülleteni — Sentyabr 2022

Sentyabr 2022Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2022-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5.2 faiz təşkil edib (Şəkil 2).
  • 2022-ci ilin yanvar-sentyabr aylarında yun, barama, taxıl (qarğıdalı ilə), pambıq, şəkər çuğunduru, tütün və yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2022-ci ilin yanvar-sentyabr aylarında 621.9 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 8.9 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin sentyabr ayında moruğun, kartofun, kələmin, pomidorun, soğanın və bibərin (qırmızı, yerli) topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
  • Cari ilin sentyabr ayında narın, naringinin, armudun, moruğun, korolyokun, kartofun, bibərin, soğanın, xiyarın, lobyanın, çuğundurun və qarğıdalı sütülünün qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 6809 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–sentyabr

Məhsul2021
Tərəvəz235,6 min t183,1 mln $
Meyvə187,0 min t215,8 mln $
Arpa21,6 min t4,1 mln $
Pambıq mahlıcı95,8 min t149,5 mln $
Gön-dəri3 600 t9,0 mln $
Cəmi–571,2 mln $
kartof91,8 min t39,9 mln $
pomidor119,1 min t128,2 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Sentyabr 2022 · AgroHub