AgroHub

Aylıq informasiya bülleteni — Avqust 2022

Avqust 2022Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2022-ci ilin yanvar-avqust aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5.1 faiz təşkil edib (Şəkil 2).
  • 2022-ci ilin yanvar-avqust aylarında yun, barama, taxıl (qarğıdalı ilə), şəkər çuğunduru, tütün və yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2022-ci ilin yanvar-avqust aylarında 583.5 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 10.8 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin avqust ayında armud (“Düşes”), zoğal, kartof, kələm, lobya, qarğıdalı sütülü, xiyar, sarımsaq, badımcan və bibərin topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
  • Cari ilin avqust ayında alma, əncir, üzüm (“Ağ kişmişi”), armud, zoğal, moruq, kartof, pomidor (“Masallı”), bibər, badımcan, soğan, xiyar, gül kələm, lobya, qarğıdalı sütülü və yemişin qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • 2022-ci ilin yanvar-avqust ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 5782 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–avqust

Məhsul20222021
Tərəvəz––234,7 min t182,7 mln $
Meyvə––159,3 min t182,0 mln $
Arpa17,4 min t3,6 mln $15,7 min t3,0 mln $
Pambıq mahlıcı––92,2 min t143,8 mln $
Gön-dəri––3 200 t7,9 mln $
Cəmi–––526,7 mln $
kartof––91,8 min t39,9 mln $
pomidor––119,1 min t128,2 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Avqust 2022 · AgroHub