AgroHub

Aylıq informasiya bülleteni — İyul 2022

İyul 2022Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2022-ci ilin yanvar-iyul aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5.0 faiz təşkil edib (Şəkil 2).
  • 2022-ci ilin yanvar-iyul aylarında yun, barama, taxıl (qarğıdalı ilə), tütün və yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2022-ci ilin yanvar-iyul aylarında 547.6 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 12.6 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin iyul ayında kartofun, pomidorun, sarımsağın və yemişin topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
  • Cari ilin iyul ayında çiyələyin, gavalının, portağalın, əncirin, kartofun, pomidorun, bibərin, badımcanın, soğanın, lobyanın, gül kələmin, qarğıdalı sütülünün, qarpızın və yemişin qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • 2022-ci ilin yanvar-iyul ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 5183 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–iyul

Məhsul20222021
Tərəvəz––230,7 min t181,8 mln $
Meyvə144,4 min t199,3 mln $135,0 min t156,9 mln $
Pambıq mahlıcı––86,5 min t133,8 mln $
Gön-dəri––2 800 t6,7 mln $
Cəmi–––486,1 mln $
kartof––91,8 min t39,9 mln $
pomidor––119,0 min t128,2 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — İyul 2022 · AgroHub