AgroHub

Aylıq informasiya bülleteni — İyun 2022

İyun 2022Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2022-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 4.7 faiz təşkil edib (Şəkil 2).
  • 2022-ci ilin yanvar-iyun aylarında yun, barama, taxıl (qarğıdalı ilə), tütün və yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2022-ci ilin yanvar-iyun aylarında 388 min hektar sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
  • 2022-ci ilin yanvar-iyun aylarında 490.3 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 11.6 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin iyun ayında çiyələyin, kələmin (Ağdaş), soğanın (Bərdə) və sarımsağın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin iyun ayında almanın, çiyələyin, alçanın, şaftalının, gavalının, armudun (“Krasavitsa”), gilənarın, portağalın, gilasın, pomidorun, soğanın, xiyarın (“Melit”), lobyanın, badımcanın və qarpızın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–iyun

Məhsul20222021
Tərəvəz197,6 min t171,5 mln $222,6 min t176,5 mln $
Meyvə108,8 min t156,6 mln $108,3 min t129,8 mln $
Pambıq mahlıcı––79,7 min t121,9 mln $
Gön-dəri––2 400 t6,0 mln $
Cəmi–––439,2 mln $
kartof––91,8 min t39,8 mln $
pomidor––113,8 min t123,6 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — İyun 2022 · AgroHub