AgroHub

Aylıq informasiya bülleteni — May 2022

May 2022Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2022-ci ilin yanvar-may aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2.9 faiz təşkil edib (Şəkil 2).
  • 2022-ci ilin yanvar-may aylarında yun, taxıl (qarğıdalısız), yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2022-ci ilin yanvar-may aylarında 382.6 min hektar sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
  • 2022-ci ilin yanvar-may aylarında 364.6 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 12.9 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin may ayında almanın (“Qrani smit”, “Fuji”), armudun, portağalın və kivinin topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin may ayında almanın, armudun, çiyələyin, alçanın, əriyin, portağalın, gilasın (“May gilası”), kartofun, pomidorun, kələmin, gül kələmin, badımcanın, soğanın, xiyarın, lobyanın və bibərin qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–may

Məhsul2021
Tərəvəz136,7 min t118,3 mln $
Meyvə77,2 min t87,9 mln $
Pambıq mahlıcı71,5 min t108,6 mln $
Gön-dəri2 100 t5,2 mln $
Cəmi–323,0 mln $
kartof50,0 min t21,4 mln $
pomidor76,0 min t87,0 mln $
Arpa––

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — May 2022 · AgroHub