AgroHub

Aylıq informasiya bülleteni — Aprel 2022

Aprel 2022Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2022-ci ilin yanvar-aprel aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2.4 faiz təşkil edib (Şəkil 2).
  • 2022-ci ilin yanvar-aprel aylarında yun istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2022-ci ilin yanvar-aprel aylarında 306.1 min hektar sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
  • 2022-ci ilin yanvar-aprel aylarında 282.3 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 20.4 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin aprel ayında pomidorun (“Çəhrayı”, “Salxım”), xiyarın, soğanın, yerkökünün və çuğundurun topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin aprel ayında almanın (“Qrani smit”, “Palmet”), üzümün, çiyələyin, pomidorun (“Salxım”, “Çəhrayı”), xiyarın, badımcanın, kələmin, soğanın, lobyanın (yerli), sarımsağın və gül kələmin qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–aprel

Məhsul2021
Tərəvəz48,1 min t51,3 mln $
Meyvə71,8 min t80,3 mln $
Pambıq mahlıcı63,8 min t96,4 mln $
Gön-dəri1 700 t4,1 mln $
Cəmi–234,5 mln $
kartof5 100 t2,2 mln $
pomidor36,7 min t42,3 mln $
Arpa––

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Aprel 2022 · AgroHub