Aylıq informasiya bülleteni — Mart 2022
Əsas faktlar
- 2022-ci ilin yanvar-mart ayında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2.2 faiz təşkil edib (Şəkil 2).
- 2022-ci ilin yanvar-mart aylarında bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2022-ci ilin yanvar-mart aylarında 114.1 min hektar sahədə yazlıq bitkilər əkilmişdir (Cədvəl 2).
- 2022-ci ilin yanvar-mart aylarında 210.7 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 24.1 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Cari ilin mart ayında üzümün, naringinin (yerli, iri), kələmin, pomidorun və soğanın (“Ağdam, sarı”) topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin mart ayında almanın (“Palmet”), heyvanın, üzümün, armudun (“Meşəgözəli”), kartofun, soğanın (“Ağdam, sarı”), pomidorun, balqabağın və kələmin qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–mart
| Məhsul | 2021 | |
|---|---|---|
| Tərəvəz | 26,2 min t | 26,8 mln $ |
| Meyvə | 63,5 min t | 70,0 mln $ |
| Arpa | – | – |
| Pambıq mahlıcı | 46,1 min t | 68,6 mln $ |
| Gön-dəri | 1 300 t | 3,0 mln $ |
| Cəmi | – | 169,9 mln $ |
| kartof | 2 300 t | 900,0 min $ |
| pomidor | 19,5 min t | 21,2 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.