AgroHub

Aylıq informasiya bülleteni — Fevral 2022

Fevral 2022Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2022-ci ilin yanvar-fevral aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2.3 faiz təşkil edib (Şəkil 2).
  • 2022-ci ilin yanvar-fevral aylarında bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • Yaz əkininin əvvəlindən mart ayının 1-nə kimi 53.4 min hektar sahədə əkin aparılıb (Cədvəl 2).
  • 2022-ci ilin yanvar-fevral aylarında 153.1 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 39.1 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin fevral ayında almanın, armudun, heyvanın, narın, naringinin, kələmin, pomidorun və soğanın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin fevral ayında almanın (“Palmet”, “Simerenko”), heyvanın, armudun (“Meşəgözəli”), naringinin, şabalıdın, kartofun, soğanın (“Qırmızı”), pomidorun, xiyarın, balqabağın, kələmin və yerkökünün qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–fevral

Məhsul2021
Tərəvəz17,3 min t17,6 mln $
Meyvə49,4 min t52,8 mln $
Pambıq mahlıcı26,0 min t37,1 mln $
Gön-dəri800 t1,8 mln $
Cəmi–110,0 mln $
kartof700 t300,0 min $
pomidor13,6 min t14,2 mln $
Arpa––

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Fevral 2022 · AgroHub