AgroHub

Aylıq informasiya bülleteni — Yanvar 2022

Yanvar 2022Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2022-ci ilin yanvar ayında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2.4 faiz təşkil edib (Şəkil 2).
  • 2022-ci ilin yanvar ayında bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • Cari ilin məhsulu üçün 2021-ci ilin sentyabr-dekabr aylarında 1 milyon hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
  • Bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.3 faiz çoxdur (Cədvəl 2).
  • 2022-ci ilin yanvar ayında 80.5 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 54.1 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin yanvar ayında almanın (“Simerenko”), narın, naringinin, şabalıdın, kartofun (Cəlilabad), soğanın, xiyarın və balqabağın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–yanvar

Məhsul20222021
Tərəvəz––8 500 t8,4 mln $
Meyvə––25,9 min t28,6 mln $
Pambıq mahlıcı––10,3 min t14,3 mln $
Cəmi–––52,2 mln $
Arpa5 500 t1,1 mln $––

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Yanvar 2022 · AgroHub