Aylıq informasiya bülleteni — Dekabr 2023
Əsas faktlar
- 2023-cü ilin yanvar-dekabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5.5 faiz təşkil edib (Şəkil 2).
- 2023-cü ilin yanvar-dekabr aylarında yun, pambıq, günəbaxan, şəkər çuğunduru, kartof və bostan məhsulları istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2023-cü ildə 1025.4 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər əkilib (Cədvəl 2).
- 2023-cü ilin yanvar-dekabr aylarında 878.9 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 0.9 faiz azalıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, barama, xam ipək, ipək tullantıları və diri heyvanların dəyəri daxildir.
- Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin dekabr ayında üzümün, narın, naringinin, şabalıdın, armudun, xurmanın, heyvanın, fındığın, qozun, pomidorun, bibərin, soğanın (“Ağdam, sarı”), xiyarın və badımcanın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin dekabr ayında almanın (“Qrani smit”), üzümün, narın, heyvanın, əzgilin, qozun, naringinin, kivinin, limonun, portağalın, xurmanın, fındığın, pomidorun, kələmin, bibərin, xiyarın (İran), badımcanın və noxudun qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–dekabr
| Məhsul | 2023 | 2022 | ||
|---|---|---|---|---|
| Tərəvəz | – | – | 247,7 min t | 218,8 mln $ |
| kartof | – | – | 78,3 min t | 35,1 mln $ |
| pomidor | – | – | 141,4 min t | 167,6 mln $ |
| Meyvə | – | – | 396,1 min t | 448,8 mln $ |
| qoz-fındıq | – | – | 22,6 min t | 112,5 mln $ |
| alma, armud, heyva | – | – | 87,9 min t | 56,2 mln $ |
| Arpa | 1 900 t | 400,0 min $ | 17,6 min t | 3,7 mln $ |
| Pambıq mahlıcı | 69,4 min t | 122,4 mln $ | 75,1 min t | 173,5 mln $ |
| Gön-dəri | – | – | 4 800 t | 13,0 mln $ |
| Cəmi | – | – | – | 886,5 mln $ |
| sitrus meyvələri | – | – | 4 600 t | 3,2 mln $ |
| üzüm | – | – | 12,1 min t | 9,3 mln $ |
| nar | – | – | 23,3 min t | 31,6 mln $ |
| xurma | – | – | 147,6 min t | 113,4 mln $ |
| Tütün xammalı | 3 000 t | 6,7 mln $ | 6 800 t | 20,1 mln $ |
| Heyvandarlıq məhsulları | – | – | – | 8,6 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.