AgroHub

Aylıq informasiya bülleteni — Noyabr 2023

Noyabr 2023Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2023-cü ilin yanvar-noyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.1 faiz təşkil edib (Şəkil 2).
  • 2023-cü ilin yanvar-noyabr aylarında yun, pambıq, kartof və bostan məhsulları istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • Dekabr ayının 1-nə kimi təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 1,040.3 min hektar və ya ötən ilin müvafiq dövrünə nisbətdə 3.9 faiz az sahə şumlanıb (Cədvəl 2).
  • 2023-cü ilin yanvar-noyabr aylarında 779.2 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 2.1 faiz azalıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin noyabr ayında üzümün, narın, əzgilin, limonun, korolyokun, xiyarın, lobyanın və badımcanın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin noyabr ayında almanın, üzümün, narın, heyvanın, korolyokun, armudun, naringinin, feyxoanın, limonun, portağalın, fındığın, şabalıdın, pomidorun, xiyarın və noxudun qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–noyabr

Məhsul20232022
Tərəvəz––231,3 min t200,3 mln $
kartof––78,2 min t35,1 mln $
pomidor––127,4 min t150,8 mln $
Meyvə––340,7 min t393,0 mln $
Arpa1 900 t400,0 min $17,4 min t3,6 mln $
Pambıq mahlıcı62,2 min t111,1 mln $68,4 min t161,1 mln $
Gön-dəri––4 200 t11,9 mln $
Cəmi–––796,0 mln $
qoz-fındıq––19,7 min t99,3 mln $
üzüm––11,2 min t8,3 mln $
alma, armud, heyva––74,6 min t48,0 mln $
nar––18,0 min t25,0 mln $
xurma––118,6 min t89,5 mln $
Tütün xammalı2 300 t5,0 mln $6 200 t18,6 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Noyabr 2023 · AgroHub