AgroHub

Aylıq informasiya bülleteni — Oktyabr 2023

Oktyabr 2023Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2023-cü ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.2 faiz təşkil edib (Şəkil 2).
  • 2023-cü ilin yanvar-oktyabr aylarında yun, pambıq, şəkər çuğunduru, kartof və bostan məhsulları istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • Noyabr ayının 1-nə kimi təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 881.7 min hektar və ya ötən ilin müvafiq dövrünə nisbətdə 6.4 faiz az sahə şumlanıb (Cədvəl 2).
  • 2023-cü ilin yanvar-oktyabr aylarında 667.4 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 1.8 faiz azalıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin oktyabr ayında üzümün, gavalının, bibərin, noxudun və badımcanın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin oktyabr ayında almanın, üzümün, narın, korolyokun, armudun, feyxoanın, limonun, portağalın, fındığın, şabalıdın, pomidorun, balqabağın və lobyanın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–oktyabr

Məhsul20232022
Tərəvəz––216,7 min t184,9 mln $
kartof––78,2 min t35,1 mln $
pomidor––114,9 min t137,1 mln $
Meyvə––245,9 min t303,5 mln $
Arpa1 900 t400,0 min $17,4 min t3,6 mln $
Pambıq mahlıcı––63,7 min t151,9 mln $
Gön-dəri––4 000 t11,4 mln $
Cəmi–––679,7 mln $
qoz-fındıq––16,3 min t84,8 mln $
üzüm––10,2 min t7,3 mln $
alma, armud, heyva––56,1 min t36,4 mln $
xurma––59,1 min t44,4 mln $
Tütün xammalı2 000 t4,2 mln $5 800 t17,3 mln $
Heyvandarlıq məhsulları–––7,0 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Oktyabr 2023 · AgroHub