Aylıq informasiya bülleteni — Avqust 2023
Əsas faktlar
- 2023-cü ilin yanvar-avqust aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.1 faiz təşkil edib (Şəkil 2).
- 2023-cü ilin yanvar-avqust aylarında yun, tütün və bostan məhsulları istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2023-cü ilin yanvar-avqust aylarında 542.2 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 7.1 faiz azalıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Cari ilin avqust ayında almanın, üzümün, əncirin, göyəmin, armudun, gavalının, limonun, portağalın, fındığın, kartofun, pomidorun (“Salxım”), badımcanın, kələmin, çuğundurun, soğanın, qarpızın və yemişin qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- 2023-cü ilin yanvar-avqust ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 5056 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib (Cədvəl 5).
- 2023-cü ilin yanvar-avqust ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən 2662 fiziki və hüquqi şəxsə 54.18 milyon manat məbləğində güzəştli kredit verilib.
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–avqust
| Məhsul | 2023 | 2022 | ||
|---|---|---|---|---|
| Tərəvəz | – | – | 210,0 min t | 180,5 mln $ |
| kartof | – | – | 78,2 min t | 35,1 mln $ |
| pomidor | – | – | 112,3 min t | 134,2 mln $ |
| Meyvə | – | – | 173,3 min t | 227,7 mln $ |
| Pambıq mahlıcı | 45,4 min t | 83,4 mln $ | 59,6 min t | 143,3 mln $ |
| Gön-dəri | – | – | 3 400 t | 9,7 mln $ |
| Cəmi | – | – | – | 583,9 mln $ |
| qoz-fındıq | – | – | 11,8 min t | 64,2 mln $ |
| Tütün xammalı | 1 500 t | 3,3 mln $ | 4 300 t | 13,3 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.