AgroHub

Aylıq informasiya bülleteni — İyul 2023

İyul 2023Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2023-cü ilin yanvar-iyul aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6 faiz təşkil edib (Şəkil 2).
  • 2023-cü ilin yanvar-iyul aylarında yun və kartof istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2023-cü ilin yanvar-iyul aylarında 497.6 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 8.9 faiz azalıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin iyul ayında almanın (“Yay alması”), gilasın, gilənarın, şaftalının, fındığın, armudun (“Meşəgözəli”), qarağatın, moruğun, əriyin, kartofun, kələmin, gül kələmin, pomidorun (Göyçay), çuğundurun, lobyanın və qarpızın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
  • Cari ilin iyul ayında almanın, üzümün, portağalın, əncirin, gilənarın, gavalının, qozun, armudun, şaftalının, limonun, göyəmin, alçanın, fındığın, kartofun, badımcanın, kələmin, çuğundurun, lobyanın, sarımsağın, qarğıdalı sütülünün və qarpızın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • 2023-cü ilin yanvar-iyul ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 4060 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–iyul

Məhsul20232022
Tərəvəz––206,6 min t179,6 mln $
kartof––78,2 min t35,1 mln $
pomidor––112,2 min t134,1 mln $
Pambıq mahlıcı42,9 min t79,4 mln $58,2 min t140,3 mln $
Gön-dəri––2 900 t8,3 mln $
Cəmi–497,6 mln $–546,0 mln $
Arpa––17,4 min t3,6 mln $
Tütün xammalı1 300 t3,0 mln $3 700 t11,9 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — İyul 2023 · AgroHub