Aylıq informasiya bülleteni — İyun 2023
Əsas faktlar
- 2023-cü ilin yanvar-iyun aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5.6 faiz təşkil edib (Şəkil 2).
- 2023-cü ilin yanvar-iyun aylarında yun və taxıl (qarğıdalı ilə) istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2023-cü ilin yanvar-iyun aylarında 350 min hektar sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
- 2023-cü ilin yanvar-iyun aylarında 434.5 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 11.4 faiz azalıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Kənd təsərrüfatı və emal məhsulları Kənd təsərrüfatı məhsulları Cari ilin iyun ayında almanın, limonun, portağalın, gilasın, qozun, kələmin, gül kələmin, pomidorun (“Zirə”), bibərin, soğanın, xiyarın və sarımsağın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin iyun ayında portağalın, gilasın, gilənarın, qozun, əriyin, limonun, kartofun (Cəlilabad, təzə), pomidorun, kələmin, soğanın, xiyarın, sarımsağın, qarğıdalı sütülünün və yemişin qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–iyun
| Məhsul | 2023 | 2022 | ||
|---|---|---|---|---|
| kartof | – | – | 78,2 min t | 35,1 mln $ |
| pomidor | – | – | 105,8 min t | 126,9 mln $ |
| Pambıq mahlıcı | 36,8 min t | 68,7 mln $ | 56,9 min t | 136,8 mln $ |
| Gön-dəri | – | – | 2 600 t | 7,3 mln $ |
| Cəmi | – | – | – | 490,3 mln $ |
| Arpa | 1 500 t | 300,0 min $ | 17,4 min t | 3,6 mln $ |
| Tütün xammalı | 1 200 t | 2,8 mln $ | 3 100 t | 10,4 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.